“Formula 1”: “Red Bull” Serxio Peresin yerinə pilot axtarır

“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Red Bull" Serxio Peresin yerinə pilot axtarır.

“Report” xəbər verir ki, Avstriya komandasının rəhbəri Kristian Horner artıq bir namizədlərinin olduğunu açıqlayıb.

O, 2024-cü ilin sonunda meksikalı sürücü ilə yollarını ayıracaqlarını istisna etməyib: “Red Bull”a iki ən yaxşı sürücü lazımdır. Maks Ferstappenlə uzunmüddətli müqaviləmiz var. Peresin sözləşməsinin müddəti 2024-cü ilin sonunda başa çatır. O, hazırda çətin vəziyyətdədir. İzləyəcəyimiz pilotlardan biri Liam Louson olacaq”.

Qeyd edək ki, Serxio Peres hazırda 223 xalla pilotların yarışında ikinci sırada qərarlaşıb. O, yalnız komanda yoldaşı Maks Ferstappendən (400 xal) geri qalır.

Digər xəbərlər