Beynəlxalq Olimpiya Komitəsi (BOK) amerikalı üzgüçü Qeri Hollun yanğın zamanı itirdiyi 10 ədəd olimpiada medalını bərpa edib.
"Report" xəbər verir ki, mükafalar idmançıya BOK-un İsveçrənin Lozanna şəhərindəki mənzil-qərargahında qurum rəhbəri Tomas Bax tərəfindən təqdim olunub.
İdmançı yanvarda Kaliforniyada güclü yanğınlar zamanı evini, medallarını və bir çox şəxsi əşyalarını itirib.
Qeyd edək ki, Q.Holl 1996-cı ildə Atlantada (ABŞ) iki qızıl, iki gümüş, 2000-ci ildə Sidneydə (Avstraliya) keçirilən olimpiadada iki qızıl, bir gümüş və bir bürünc, 2004-cü ildə Afinada (Yunanıstan) baş tutan analoji yarışda daha bir qızıl və bürünc medal əldə edib.