XI Vüqar Həşimov Memorialının püşkatma mərasimi keçirilib

Bu gün Xankəndidə XI Vüqar Həşimov Memorialının püşkatma mərasimi keçirilib.

"Report" un bölgəyə ezam olunan əməkdaşının məlumatına görə, I turda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

Aydın Süleymanlı (Azərbaycan) - Amin Tabatabai (İran)

Nodirbek Yakubboev (Özbəkistan) - Yan Nepominayşi (FIDE)

Rauf Məmmədov (Azərbaycan) - Vladimir Fedoseyev (Sloveniya)

Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.

Qeyd edək ki, Memorial dekabrın 11-də başa çatacaq.

Digər xəbərlər