"Tur de Frans"ın yeni tarixi açıqlandı

Velosiped üzrə “Tur de Frans” yarışı koronavirus pandemiyasına görə təxirə salınıb. 

"Report" Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yarış 29 avqust - 20 sentyabrda baş tutacaq. Turnir 27 iyun - 19 iyulda keçirilməli idi.

Qeyd edək ki, daha öncə "Tur de Frans"ın baş direktoru Kristian Pryudom yarışın tam ləğvini və ya tamaşaçısız keçirilməsini düşünmədiyini açıqlayıb. 

Digər xəbərlər