Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Hindistanın gənclər işləri, idman, əmək və məşğulluq naziri Mansuk Mandaviya ilə iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib.
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.
F.Qayıbov UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasına Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun sədri kimi Hindistana səfər edib.
O, Yeni Dehli şəhərində keçirilən COP10 Bürosunun üçüncü iclasına sədrlik edib və COP10 Təsdiq Komitəsinin IV rəsmi iclasında iştirak edib.