akı. 13 yanvar. REPORT.AZ/ Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi “Tata Steel Masters” şahmat turnirində 4-cü turun görüşləri keçirilib.
"Report"un məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Teymur Rəcəbov IV turda çinli Din Lijenə məğlub olub - 0:1.
Həmyerlimiz 4 turdan sonra 1,5 xal ilə turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.