"Səbail" klubunun hücumçusu Bəxtiyar Məsiməliyev əməliyyat olunub

Bakı. 10 dekabr. REPORT.AZ/ "Səbail" futbol klubunun hücumçusu Bəxtiyar Məsiməliyev bu gün "Neftçilər" xəstəxanasında ayağından əməliyyat olunub.

"Report" xəbər verir ki, məşq zamanı ayaq topuğundan zədə alan oyunçu bazar ertəsi günü – dekabrın 12-də xəstəxanını tərk edəcək və bərpa müalicə kursu keçməyə başlayacaq. Onun meydanlara təxminən 3-4 həftəyə qayıdacağı gözlənilir.

Klubun icraçı direktoru Yusif Həsənov və komandanın baş meneceri Fərəc Əliyev əməliyyatdan sonra oyunçunu ziyarət edərək ona şəfa diləyiblər.

Digər xəbərlər