Rusiyalı idmançıların olimpiadada mümkün iştirak proseduru açıqlanıb

Rusiyalı idmançıların Paris-2024 Yay Olimpiya Oyunlarında mümkün iştirak proseduru bəlli olub.

“Report” xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bununla bağlı açıqlama verib.

O bildirib ki, Rusiya idmançılarının olimpiadaya qəbulu prosesi beynəlxalq federasiyalar, həmçinin lazım gəldikdə milli federasiyalar ilə razılaşdırılaraq həyata keçiriləcək.

Qeyd edək ki, olimpiada 2024-cü il iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq.

Digər xəbərlər