Rafael Ağayev Rusiya millisindən təklif alıb

Azərbaycan karateçisi Rafael Ağayevə Rusiya milli komandasının baş məşqçi vəzifəsi təklif olunub. 

Bu barədə "Report"un "Instagram" səhifəsində canlı yayımda titullu idmançının özü açıqlama verib.

O bildirib ki, artıq 2021-ci ildən bu vəzifədə çalışması xahiş olunub. Ağayev hələlik Azərbaycanda olduğunu və məşq etdiyini bildirib.

Karateçi Azərbaycan millisində çalışmasının da mümkünlüyünü vurğulayıb. O, Azərbaycan Karate Federasiyasının hazırkı prezidenti Yaşar Bəşirovun xeyir-duası olacağı təqdirdə, bu posta rəhbərlik etmək istədiyini də diqqətə çatdırıb.

Digər xəbərlər