Olimpiya çempionu “Vugar Gashimov Memorial-2022”də iştirak etmək üçün Bakıya gəlib

42-ci Ümumdünya Şahmat Olimpiadasının qalibi Semuel Şenklend dekabrın 17-24-də Bakıda təşkil olunacaq “Vugar Gashimov Memorial-2022”də iştirak edəcək.

Turnirin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, ABŞ-dan olan qrosmeyster bunun üçün Bakıya gəlib.

Turnirdə 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı mübarizə aparacaq.

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasına 2016-cı ildə Bakı ev sahibliyi edib.

Digər xəbərlər