Növbəti Şahmat Olimpiadasının keçiriləcəyi ölkə açıqlanıb

2026-ci il Şahmat Olimpiadasına ev sahibliyi edəcək ölkə açıqlanıb.

"Report" Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, nüfuzlu yarış 4 ildən sonra Özbəkistanda keçiriləcək.

Bununla bağlı qərar FIDE-nin 44-cü Konqresində qəbul olunub.

Qeyd edək ki, Özbəkistan ilk dəfə Şahmat Olimpiadasına ev sahibliyi edəcək.

Digər xəbərlər