Norveçli konkisürən Sander Eitrem İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında rekorda imza atıb.
"Report" yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı 5000 metr məsafəni 6:03.95 saniyəyə qət edərək qızıl medal qazanıb.
O, çexiyalı rəqibi Metodey Jileki (6:06.48) geridə qoymağı bacarıb.
Hər iki idmançı isveçli Nils van der Pula məxsus olan əvvəlki olimpiya rekordunu (6:08.84) yeniləyib. Yeni olimpiya rekordunun sahibi isə məhz norveçli Sander Eitrem olub.
Qeyd edək ki, bu məsafə üzrə dünya rekordu (5:58.52) da norveçli idmançıya məxsusdur.