Britaniyalı məşhur boksçu Entoni Coşua Nigeriyada avtomobil qəzası keçirib.
"Report" "Daily Express"ə istinadən xəbər verir ki, idmançı qəzadan kiçik xəsarətlərlə qurtulub.
Hadisə Laqos-İbadan yolunda, boksçunun da içində olduğu avtomobilin yolda dayanan yük maşınına çırpılması nəticəsində baş verib.
Yerli KİV-lərin məlumatına görə, E.Coşua avtomobilin arxa oturacağında olub. Qəza zamanı maşında olan 4 nəfərdən ikisinin öldüyü bildirilib.