Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışına start verilib.
"Report" xəbər verir ki, ilk gündə Azərbaycanın qadınlardan ibarət komandası yarımfinalda Özbəkistanı 2:1 hesabı ilə məğlub edib.
Komanda finalda Rusiya millisi ilə üz-üzə gələcək.
Azərbaycanın kişilərdən ibarət millisi isə bu gün yarımfinalda Özbəkistanla görüşəcək.
Yarımfinalın qalibləri ertəsi gün finalda üz-üzə gələcəklər. Məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaq.