Kamandan oxatma üzrə Superkubok yarışı keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi və Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə Superkubok yarışı keçirilib.

​"Report"un məlumatına görə, tədbirin açılış mərasimində federasiyasının baş katibi Fərid Xəlilov və Xəzər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Pərvin Şirvani idmançılara uğurlar arzulayıblar.

Daha sonra Fərid Xəlilov yarışı açıq elan edib və oxatanlar mübarizəyə başlayıblar.

​70 metr məsafədə qadınlar arasında Fatimə Hüseynli qızıl, Yaylagül Ramazanova gümüş, Lalə Əbdürəhmanova isə bürünc medala sahib olublar.

Kişilərin mübarizəsində Məhəmmədəli Əliyev qızıl, Sərdar Vəliyev gümüş, Nurlan Rəhimli isə bürünc medala yiyələniblər.

Turnirin final mübarizəsində Fatimə Hüseynli ilə üz-üzə gələn Məhəmmədəli Əliyev qələbə qazanaraq Superkubokun mütləq qalibi adını qazanıb.

Digər xəbərlər