İspaniyalı velosipedçi yarış zamanı qəzaya düşüb

İspaniyanın "Movistar" komandasının velosipedçisi Alexandro Valverde nüfuzlu "Vuelta" yarışının yeddinci mərhələsində qəzaya düşüb.

"Report"un məlumatına görə, finişə 43 kilometr qalmış idarəetməni itirən idmançının velosipedi aşaraq, yarış zolağını tərk edib.

Hadisə nəticəsində ciddi xəsarət almayan velosipedçi həkimlərin müayinəsindən sonra mübarizəni davam etdirib. Lakin o, bir neçə kilometr məsafə qət etdikdən sonra yarışı dayandırıb.

Qeyd edək ki, "Vuelta" yarışı 1935-ci ildən İspaniya və Andorra ərazisində keçirilir.

Digər xəbərlər