İslamiada: Azərbaycan gimnastı gümüş medal qazanıb

Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında gümüş medal qazanıb.

"Report"un Konyaya ezam olunmuş müxbiri xəbər verir ki, 26 yaşlı idmançı çoxnövçülükdə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Azərbaycan yığması isə komanda hesabında 4-cü yeri tutub.

Digər xəbərlər