Rusiya Azərbaycanda keçirilən III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.
"Report"un Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, qadınlar arasında Taisiya Larkina qılıncoynatmanın şpaqa növündə birinci olub.
O, finalda həmyerlisi Anastasiya Zabelinaya qalib gəlib.
Həlledici görüş Larkinanın 15:13 hesablı qələbəsi ilə yekunlaşıb.