III MDB Oyunlarının kamandan oxatma üzrə yarışlarında finala yüksələn komandalar müəyyənləşib.
"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, qızlarin yarışında Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədov və Fatimə Hüseynlidən ibarət komanda 1/4 finalda Tacikistanı 5:3 hesabı ilə məğlub edib.
Milli yarımfinalda isə Rusiyaya 2:6 hesabı ilə uduzub.
Beləliklə, final mərhələsində Rusiya, Özbəkistan, Qazaxıstan və Belarusun qız və oğlanlardan ibarət komandaları mübarizə aparacaq. Azərbaycanın qadınlardan ibarət yığması isə bürünc medal uğrunda Belarusla üz-üzə gələcək.
Qeyd edək ki, Xankəndi şəhər stadionunda baş tutan kamandan oxatma yarışına oktyabrın 5-də yekun vurulacaq.