III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışlarında fərdi görüşlərə start verilib.
"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, qızların fərdi yarışında Mərziyə Nurmətova özbəkistanlı rəqibi Məftunə Gulimovanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Yağmur Məmmədli isə yarımfinalda rusiyalı rəqibi Alina İlimbetovaya uduzub - 1:3.