III MDB oyunları çərçivəsində Qəbələdə keçirilən stolüstü tennis yarışında Azərbaycannın kişilərdən ibarət komandası finala yüksəlib.
"Report"un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, yığma Özbəkistanla üz-üzə gəlib.
Görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komanda sabah finalda Rusiya ilə qarşılaşacaq.
Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq - qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.