Azərbaycanın badminton millisi III MDB Oyunlarının yarımfinalında məğlub olub.
"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, yığma qarışıq komanda yarışında Rusiya ilə qarşılaşıb.
Görüş Azərbaycan yığmasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Sabah baş tutacaq finalda Rusiya millisi Özbəkistanla qarşılaşacaq.
Qeyd edək ki, badminton yarışı oktyabrın 5-də başa çatacaq.