Finlandiya millisinin baş məşqçisi postundan kənarlaşdırılıb

Finlandiyanın xizəklə tramplindən tullanma millisinin baş məşqçisi İqor Medved XXV Qış Olimpiya Oyunlarında komandaya rəhbərlik hüququndan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qərara mütəxəssisin Finlandiya yığmasının qayda və dəyərlərinə zidd davranışlar nümayiş etdirməsi səbəb olub. Finlandiya nümayəndə heyətinin rəhbəri Yanne Hyanninen məsələnin birbaşa spirtli içki qəbulu ilə bağlı olduğunu açıqlayıb.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Digər xəbərlər