Fiqurlu konkisürmə üzrə Qran-pri turnirinin Azərbaycanda keçirilməsi idmanımızın növbəti uğurudur.
"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açəqlamasında deyib.
O, Azərbaycanda keçirilən yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turniri barədə danışıb:
"Bu, yarış Azərbaycan idmanın növbəti uğurudur. Ötən həftə "Formula 1" üzrə Azərbaycan Qran-Prisi baş tutdu. Qarşıda bizi III MDB oyunları gözləyir. Ölkə başçısı Prezident İlham Əliyevin idmana diqqəti daim hiss olunur. İnanırıq ki, gələcəkdə belə idman tədbirləri tez-tez keçiriləcək".
Qeyd edək ki, bu gün start götürən yarış sentyarın 26-da başa çatacaq.