Avropa Kuboku yeniyetmə cüdoçular üçün çox vacibdir.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, Qubada keçirilən turnirlə bağlı fikirlərini bölüşüb:
"Uğurlu siyasət nəticəsində Azərbaycan dünyada idman mərkəzinə çevrilib. Bu həftə ölkəmizdə üç beynəlxalq yarış gerçəkləşib. Cüdo üzrə Avropa Kuboku ilk dəfə təşkil olunmur. İdmançı sayı ildən-ilə artır. Bu, kifayət qədər uğurlu alınır. Quba Olimpiya Kompleksində də lazımi şərait yaradılıb".
Qeyd edək ki, bu gün start verilən Avropa Kuboku mayın 4-də başa çatacaq.