Fərid Mansurov: "İlk növbədə uşaqların sağlam həyat tərzindən başlamalıyıq"

İlk növbədə uşaqların sağlam həyat tərzindən başlamalıyıq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov deyib.

"Həqiqətən çox sevindirici və qürurverici məqamdır. Bu cür zalların açılması Azərbaycan gənclərinə böyük təsir göstərir. Burada təkcə Avropa, dünya çempionluğundan söhbət getmir. İlk növbədə uşaqların sağlam həyat tərzindən başlamalıyıq. Belə zallar da bu məsələdə vacib rol oynayır", - deyə o vurğulayıb.

Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi bu xoş ənənənin davam etdiriləcəyinə inamını ifadə edib:

"İnanıram ki gələcəkdə birlikdə növbəti belə zalların açılışına şahidlik edəcəyik. Taleh Məmmədova güləş ailəsi adından uğurlar arzulayıram. O, dünya və Avropa çempionatlarında Azərbaycanı layiqincə təmsil edib. Bu gün artıq yeniyetmələrdən ibarət milli komandanın məşqçilər korpusunda yer alır. Arzu edirəm ki, idmançı karyerasında imza ata bilmədiyi uğurları tələbələrindən görsün" .

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə bu gün Zabrat qəsəbəsində tanınmış pəhləvan Taleh Məmmədovun adına yunan-Roma güləşi zalı istifadəyə verilib.

Digər xəbərlər