EYOF-da Azərbaycanı təmsil edəcək stolüstü tennisçilər müəyyənləşib

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı 2 stolüstü tennisçi təmsil edəcək.

Bu barədə "Report"a Milli Olimpiya Komitəsindən məlumat verilib.

Festivalda Şəbnəm Mənsurova və Uğur Nəzərli mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış iyulun 22-26-sı aralığında Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.

Digər xəbərlər