Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır.
Bunu "Report"un Qərb bürosuna açıqlamasında III MDB Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Azərbaycan yunan-Roma güləşçisi Elşad Abbasov (51 kq) deyib.
O, nəticəyə görə xoşbəxt olduğunu qeyd edib:
"Üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Daha ciddi uğurlar qazanmaq istəyirəm. Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır".