Bakı. 29 iyun. REPORT.AZ/ Rusiya Şahmat Federasiyasının Qəyyumlar Şurasının və futbol üzrə dünya çempionatının Təşkilat Komitəsinin sədri Arkadi Dvorkoviç Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezident seçkilərində iştirak edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə A.Dvorkoviç Moskvada keçirdiyi mətbuat konfransında məlumat verib. Onun namizədliyini Rusiya Şahmat Federasiyası da dəstəkləyib.
Qeyd edək ki, prezident seçkiləri oktyabrın 3-də Gürcüstanın Batumi şəhərində FİDE-nin Konqresində keçiriləcək. Ali şahmat qurumunun hazırkı prezidenti Kirsan İlyumjinov 1995-ci ildən qurumun prezidentidir.