Bu gün Bakıda batut gimnastikası üzrə Dünya Kuboku start götürəcək

Bu gün Bakıda böyüklər arasında batut gimnastikası üzrə Dünya Kuboku start götürəcək.

"Report"un məlumatına görə, Milli Gimnastika Arenasında keçiriləcək yarış 2 gün davam edəcək.

Dünya Kubokunda Azərbaycanla yanaşı, 16 ölkədən 60 gimnast fərdi və sinxron proqramda mübarizə aparacaq.

Saat 12:00-da start başlayacaq yarışlar İdman TV vasitəsilə canlı yayımlanacaq.

Xəbər lenti