Azərbaycan cüdoçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində ilk günü medalsız başa vurublar.
"Report" xəbər verir ki, Nizami İmranov (66 kq) üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi German Kobetslə üz-üzə gəlib.
Rəqibinə məğlub olan N.İmranov yarışı beşinci pillədə bitirib.
Daha əvvəl Murad Muradlı (60 kq) və İslam Rəhimov (66 kq) medal qazanmaq şansını itiriblər.
Xatırladaq ki, bu gün start götürən "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.
Azərbaycan cüdoçusu Nizami İmranov (66 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaq.
"Report"un məlumatına görə, 1/4 finalda məğlub olan idmançı təsəlliverici görüşdə Fransa təmsilçisi Simon Lesauvageyə qalib gəlib.
Bu gün mübarizəyə qoşulan Murad Muradlı (60 kq) və İslam Rəhimov (66 kq) medal qazanmaq şansını itiriblər.
Xatırladaq ki, bu gün start götürən "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.