Baş nazir: "Koronavirusu yox etməsək, olimpiada olmayacaq"

"Mövcud tədbirlər və qanunvericilik bazası kifayət etmədikdə yeni tədbirlərin nə dərəcədə mümkünlüyü ehtimalını nəzərdən keçirməliyik". 

"Report" "Nikkan Sports" nəşrinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Sindzo Abe deyib. 

O bildirib ki, koronavirus pandemiyasına qalib gəlməyəcəkləri təqdirdə, 2021-ci ildə Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsi mümkün olmayacaq. 

Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.

Digər xəbərlər