Bakıda “Güc birlikdədir" şüarı ilə su polosu turniri keçirilib

Bakıda “Güc birlikdədir" şüarı ilə su polosu turniri keçirilib.

"Report" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yarışda 8 klub qüvvəsini sınayıb. "Grow Group" komandası birinci, "Edem" İdman Kompleksi ikinci, "Forsaj" klubu üçüncü yeri tutub.

Digər xəbərlər