Azərbaycan çimərlik güləşi üzrə dünya çempionatı və Dünya Seriyasına ev sahibliyi edəcək

Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.

Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək.

Avqustun 27-də paytaxtda U-17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.

Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U-17 dünya çempionatına da ev sahibliyi edəcək.

Digər xəbərlər