Azərbaycanlı idmançılar Muay-Tay üzrə dünya çempionatında iştirak edəcək

Bakı. 20 fevral. REPORT.AZ/ 07-19 mart 2015-ci il tarixlərində Taylandın Banqkok şəhərində Muay-Tay Taybok idman növü üzrə dünya çempionatı keçiriləcək.

"Report"un Gənclər və Idman Nazirliyinə istinadən verdiyi məlumata görə, dünya çempionatında ölkəmizi baş məşqçi Azər Həsənovun rəhbərliyi altında 3 idmançı təmsil edəcək.

Mübarizəyə qoşulacaq idmançılar Qarayev Fərid, Vəliyev Mərdan, Ramazanov Şahmardır.

Digər xəbərlər