Azərbaycanlı güllə atıcısı Xanna Əliyeva III MDB Oyunlarında gümüş medal qazanıb.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada ikinci yeri tutub.
Rusiyalı Darya İsakova qızıl, qazaxıstanlı Valeriya Popelova bürünc mükafata sahib çıxıb.