Azərbaycanın yeniyetmə badmintonçuları Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə 2 kateqoriya üzrə bürünc medal qazanıblar.
"Report" xəbər verir ki, "Istanbul U17 Open” turnirinə 3 qız, 2 oğlan idmançı ilə qatılan komandamız Türkiyə, Serbiya, Fransa, Bolqarıstan, İngiltərə, Albaniyanı təmsil edən 17 yaşadək badmintonçuların turnirində oğlanların qoşa kateqoriyasında bürünc medala sahib çıxıb
Mübarizəyə 1/16 final mərhələsindən başlayan Ülvi Hüseynov-Əmirxan İmanov tandemi ardıcıl 3 qələbə sayəsində yarımfinala yüksəlib.
Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Badminton Federasiyası ilə Malaziya Badminton Federasiyası arasında imzalanan memoranduma əsasən artıq ilyarımdır ki, dünyanın ən güclü badminton məktəblərindən sayılan Malayziyada xüsusi proqramla hazırlıq keçən Ülvi Hüseynov və Əmirxan İmanov oğlanların qoşa kateqoriyasında turnirin qalibi olan Fatih Erdoğan-Yigitcan Erol tandeminə 2 setdə uduzub – 15-21, 17-21.
Daha bir bürünc medal 13 yaşadək badmintonçuların qarışıq qoşa yarışında qazanılıb.
Yeniyetmə badmintonçumuz Ömər Teymurlu Bolqarıstan təmsilçisi Kalina Koseva ilə birgə müvafiq kateqoriyada ardıcıl olaraq 3 qələbə qazanaraq turnirin yarımfinalına kimi irəliləməklə mükafatçılar sırasında yer almağı bacarıb.
Azərbaycanın yeniyetmə badmintonçuları beynəlxalq turnirdə bürünc medal qazanıblar
Digər xəbərlər
Tərtər Gənclər paytaxtı, Masallı isə İdman paytaxtı seçilib
26 noyabr, 2026 / 21:42
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Astanada beynəlxalq turnirdə mübarizə aparacaq
26 noyabr, 2026 / 21:01
Azərbaycan Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib
26 noyabr, 2026 / 18:04
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri məlum olub
26 noyabr, 2026 / 17:15
Masamitsu İto Azərbaycanın güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib
26 noyabr, 2026 / 13:09
Azərbaycan İdman Akademiyasında IV Beynəlxalq Elmi-Praktik Konfrans təşkil edilib
26 noyabr, 2026 / 11:44
Samuxda ilk cüdo zalı fəaliyyətə başlayıb
25 noyabr, 2026 / 17:48
Məhəmmədəli Osmanlı: UFC-də əsas hədəfim kəmər qazanmaqdır
25 noyabr, 2026 / 15:14
UFC-də ikinci qələbəsini qazanan Tahir Abdullayev: Bu turnirdə çıxış etmək arzum idi
25 noyabr, 2026 / 14:36
Bakıda cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram təşkil ediləcək
25 noyabr, 2026 / 11:14
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
24 noyabr, 2026 / 18:41
Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub
24 noyabr, 2026 / 17:58
Yannik Sinner sağ dizindən əməliyyat olunub
24 noyabr, 2026 / 16:34
Azərbaycan güləşçisi Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb
24 noyabr, 2026 / 15:51
Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib
24 noyabr, 2026 / 10:51
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
23 noyabr, 2026 / 22:30
Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb
23 noyabr, 2026 / 18:12
Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb
23 noyabr, 2026 / 16:40
Rüstəm Alimli: Dünya çempionatında ən azı bir qızıl medal qazanmağı hədəfləyirdik
23 noyabr, 2026 / 16:02
Qılıncoynatma üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub
23 noyabr, 2026 / 12:36