Azərbaycanın yunan-Roma güləşi millisinin baş məşqçisi Aleksandr Tarakanovla yollar ayrılıb.
Azərbaycan Güləş Federasiyasından (AGF) "Report"a verilən məlumata görə, tərəflər arasında əməkdaşlıq qarşılıqlı razılaşma əsasında başa çatıb.
AGF rusiyalı mütəxəssisə Azərbaycan güləşinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, 2019-cu ilin oktyabrından baş məşqçi vəzifəsində çalışan A.Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, Tokio-2020 və Paris-2024 Yay Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.