Azərbaycan üzgüçüsü 4-cü dəfə dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan para-üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında 4-cü dəfə finala vəsiqə qazanıb.

“Report”un məlumatına görə, üçqat paralimpiya çempionu 100 metr məsafəyə sərbəst üzməkdə 53.60 saniyə nəticə göstərib.

Final yarışı bu gün, Bakı vaxtı ilə saat 21:51-də başlayacaq.

Qeyd edək ki, Roman Saley dünya çempionatında artıq 3 medal qazanıb. O, 100 metr məsafəyə arxasıüstə üzməkdə ikinci, eyni məsafədə butterflyay üsulu və 50 metr məsafəyə sərbəst üzməkdə üçüncü yeri tutub.

Digər xəbərlər

Bakı Marafonu 2026 başlayır 03 may, 2026 / 10:03