Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) Çinin Uşi şəhərində keçirilən dünya çempionatında medal qazanıb.
"Report"un məlumatına görə, 26 yaşlı idmançı turnirdə bürünc mükafata sahib çıxıb.
Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı yarışın yarımfinalında məğlub olub.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 9 taekvondoçu ilə təmsil olunur.