Azərbaycan taekvondoçusu, Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşim Maqomedov ABŞ-də keçiriləcək "Mayami 2025" beynəlxalq taekvondo düşərgəsinə dəvət alıb.
Bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən bildirilib.
O, xüsusi qonaq və təlimçi qismində "ustad dərsləri" keçərək, iştirakçılarla təcrübəsini bölüşəcək.
Qeyd edək ki, düşərgə avqustun 30–31-də təşkil olunacaq.