Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət millisinin üzvləri Polşada keçirilən "Polish Open" beynəlxalq turnirində 3 medal qazanıblar.
Bu barədə "Report"a Taekvondo Federasiyasının mətbuat xidmətindən bildirilib.
Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Qaşım Maqomedov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medala sahib çıxıblar.