Bakı. 25 avqust. REPORT.AZ/ Fransanın paytaxtı Parisdəki dünya çempionatında bu gün sərbəst güləşçilərin mübarizəsi başlayır. "Report"un məlumatına görə, beşinci yarış günündə 57 kq, 61 kq, 86 kq və 125 kq çəki dərəcələrində görüşlər olacaq.
Azərbaycan bu çəkilərdən 3-də təmsil olunacaq. Artıq ilk rəqiblər də bəllidir.
57 kq
1/16 final. Nodirjon Safarov (Özbəkistan) - Mahir Əmiraslanov
61 kq
1/16 final. Alibek Osmonov (Qırğızıstan) - Hacı Əliyev
86 kq
1/16 final. Baktyiar Karagul Uulu (Qırğızıstan) - Aleksandr Qostiyev