Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında növbəti görüşlərini keçirib.
"Report"un məlumatına görə, yığma III turda ABŞ, IV turda FIDE komandası ilə üz-üzə gəlib.
Yığma həm ABŞ-yə (0,5:3,5), həm də FIDE-yə (1:3) məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün A qrupunda Perunu məğlub edib (3:1), Qazaxıstana isə uduzub - 1,5:2.5.
Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
Dünya çempionatı noyabrın 23-də başa çatacaq.