Azərbaycan paralimpiyaçısının paradağ xizəyi üzrə yenilənmiş reytinq xalları açıqlanıb

Azərbaycan paralimpiyaçısı Polad Rzayevin Beynəlxalq Xizək və Snoubord Federasiyasındakı paradağ xizəyi idman növündə yenilənmiş reytinq xalları açıqlanıb.

"Report" xəbər verir ki, paralimpiyaçı daha 131.46 xal qazanaraq reytinq xallarını 594.09-a çatdırıb.

Qeyd edək ki, P.Rzayev son olaraq iştirak etdiyi Fransanın Auron şəhərində keçirilən FIS Paradağ xizəyi turnirinin həlledici mərhələsini 7-ci pillədə bitirib.

Digər xəbərlər