Azərbaycan paralimpiyaçısı Avstriyada keçirilən beynəlxalq turnirdə finala yüksəlib - YENİLƏNİB

Azərbaycan paralimpiyaçısı Polad Rzayev ilk beynəlxalq turnirində həlledici mərhələyə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, o,  Avstriyanın Jerzens şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində finala yüksəlib.

LW3 kateqoriyası üzrə mübarizə aparan idmançımız ilkin mərhələni 1:40.19 nəticə ilə uğurla başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, ilkin mərhələdə çıxış edən 28 paralimpiyaçıdan 17-si əsas mərhələdə çıxış edəcək.

Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

15:27

Azərbaycan paralimpiyaçısı Polad Rzayev bu gün Avstriyanın Jerzens şəhərində keçiriləcək FIS Paradağ xizəyi turnirində çıxış edəcək.

"Report" xəbər verir ki, LW3 kateqoriyası üzrə mübarizə aparacaq idmançı yarışa məşqçi Məhəmməd İsmayılov ilə yollanıb.

Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Digər xəbərlər