Azərbaycan güləşçisi dünya çempionatının qalibi olub

Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatının qalibi olub.

"Report" xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici mərhələdə moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, digər yunan-Roma güləşçimiz Elmir Əliyev (55 kq) finala yüksəlib.

Digər xəbərlər

Bakı Marafonu 2026 başlayır 03 may, 2026 / 10:03