Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər.
"Report" xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən yarış noyabrın 14-dən 16-dək davam edəcək.
Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin başçılığı altında ümumilikdə 9 çəki dərəcəsində 15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq.
Kişilər
60 kq
Hüseyn Allahyarov
Murad Muradlı
66 kq
İslam Rəhimov
Nazir Talıbov
73 kq
İbrahim Əliyev
Rüfət Şövlətov
81 kq
Vüsal Qələndərzadə
90 kq
Aslan Kotsoyev
Vüqar Talıbov
100 kq
Əjdər Bağırov
+100 kq
Camal Qamzatxanov
Kənan Nəsibov
Qadınlar
48 kq
Könül Əliyeva
52 kq
Aydan Vəliyeva
Gültac Məmmədəliyeva
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 49 ölkədən 398 idmançı (230 kişi, 168 qadın) iştirak edəcək.