Azərbaycan təmsilçisi Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında finala vəsiqə qazanıb.
Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Rusiya təmsilçisi Yustina Anufriyevaya 4:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Azərbaycanın daha 7 boksçusu yarımfinalda mübarizə aparacaq.