Azərbaycanın qadın atıcıları Ülviyyə Eyvazova və Aydan Camalova Polşada keçirilən III Avropa Oyunlarında trap yarışlarına start veriblər.
“Report”un məlumatına görə, idmançılar təsnifat mərhələsinin 1-ci günündə çıxış ediblər.
30 idmançı arasında Aydan Camalova 75 hədəfdən 68-ni dəqiq nişan almaqla 19-cu, Ülviyyə Eyvazova isə 64 dəqiq atəşlə 27-ci yeri tutub.
Qadın atıcılar iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə mübarizə aparacaqlar.
Qeyd edək ki, kişi atıçı Ruslan Lunyov 25 metr məsafəyə tapança ilə sürətli atəş açmanın ilk təsnifatında 6-cı yeri tutub.
14:07
Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə sürətli atəş açmada qüvvəsini sınayıb.
“Report”un məlumatına görə, ikiqat Avropa çempionu təsnifat mərhələsinin birinci günündə 6-cı yeri tutub.
Snayper 300 mümkün xaldan 292-ni toplayıb.
Qeyd edək ki, Ruslan Lunyov iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə çıxış edəcək.